image-2000x150
image-aksiya-696x391backend

Rusiya sülhməramlılar haqqında qanunu niyə dəyişir?

image-728x90

Rusiya hökuməti Dövlət Dumasına müddətli xidmət keçən hərbçilərə sülhməramlı missiyalarda iştirak icazəsi verən qanun dəyişikliyi layihəsi təqdim edib.

Sözü gedən qanun layihəsinin Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlandığı və əslində sülhməramlılara dair mövcud qanuna dəyişiklik təklifi olduğu xəbər verilir.

Qanun layihəsi könüllü şəkildə “sülhməramlı ola biləcək hərbçi kateqoriyalarının genişləndirilməsini” nəzərdə tutur.

Sənəddə deyilir ki, sülhməramlı missiyalarda iştirak üçün göndərilən hərbi heyət “könüllülük əsasında xüsusi hazırlıq keçmiş hərbçilərdən” tərtib edilə bilər.

Qanun layihəsinə görə sülhməramlı ola biləcək hərbçi kateqoriyası müddətli xidmətə çağırılanlara da şamil edilir.

Bu da bildirilir ki, qanun qüvvəyə keçmiş tarixlə – 15 avqust 2022-ci ildən minə bilər.

Daha çox hərbçini sülhməramlı etmək?

Hal-hazırda rəsmi olaraq Rusiya sülhməramlıları yalnız iki regionda – Azərbaycanın Qarabağ bölgəsində və Moldovanın separatçı Dnestryanı rayonunda yerləşdirilib.

Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayanadək Rusiya ordusu müqaviləli və müddətli hərbçilərdən ibarət idi.

Lakin 2022-ci ilin payızından bütün səfərbərliyə alınanlara, o cümlədən hərbi xidmət müqaviləsi imzalamayanlara və könüllü dəstələrin üzvlərinə də hərbçi statusu verilib.

Hazırkı qanuna görə Rusiyanın sülhməramlı kontingentlərində yalnız xüsusi hazırlıq keçmiş hərbçilər iştirak edə bilər.

Beləliklə qanun dəyişikliyi Rusiyaya sülhməramlı kontingentlərə daha çox hərbçi cəlb etmək imkanı verməlidir.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90