image-rt-reklam
image-1backend

Rusiya qoşunları irəliləyir: Ukrayna beş briqadanı Kiyevin müdafiəsinə göndərir

image-728x90

Rus qoşunları Xarkov vilayətində irəlilədikcə, Ukrayna Silahlı Qüvvələri yaxın həftələrdə formalaşdıracağı on briqadadan beşini Kiyevin müdafiəsi üçün göndərməyi planlaşdırır.

Ulusal.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələri on yeni briqada təşkil edəcək. Onlardan beşi Ukraynanın paytaxtının qorunmasına yönəldiləcək”, – nəşr qeyd edib.

Nəşrin müəllifi əlavə edib ki, Xarkov vilayətində gedən döyüşlər münaqişənin nəticəsi üçün kritik olacaq “həlledici döyüşün” başlanmasından xəbər verir.

Onun sözlərinə görə, əgər Rusiya qüvvələri Xarkovu ələ keçirə bilsə, o zaman Qərb ölkələrinin Kiyevi dəstəkləmək istəyi sarsıla bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90