image-rt-reklam
image-putinbackend

Rusiya Qazaxıstanı işğal edə bilər : Putinin sensasion çıxışı

image-728x90

Almaniyada 30 il sonra Rusiya pezidenti Vladimir Putinin Ukrayna və Krımla bağlı açıqlamasının yer aldığı 1994-cü ilə aid arxiv sənədi dərc edib.

Ulusal.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Sənədin nəşri Almaniya Xarici İşlər Nazirliyinin arxivləri ilə işləyən Müasir Tarix İnstitutunun tədqiqat layihəsinin bir hissəsi olub. Qeyd olunur ki, Putin həmin vaxt Krımın və Ukraynanın şərqinin əslən Rusiya əraziləri olduğunu qeyd edib. Bundan əlavə, onun sözlərinə görə, Qazaxıstanın şimalı tarixən Rusiyaya məxsus olub.

“Putin bu torpaqların milyonlarla rusdilli soydaşının yaşadığı başqa dövlətlərə verilməsini rus xalqına izah etməyin çətinliyini vurğulayıb”, – məlumatda deyilir.

Eyni zamanda, Putin həmin çıxışında bildirib ki, Rusiyanın maraqlarını qorumaq imperiyanı dirçəltmək cəhdi deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90