“Son danışıqlar prosesindən görünən odur ki, Rusiya Cənubi Qafqazda sülh prosesinə mane olan tərəfdir. Bunun bir neçə səbəbi var. Rusiya anlayır ki, Cənubi Qafqazda sülh olsa onlara ehtiyac olmaycaq” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları kompleks şəklində aparılır.
“Bütün dünya Ermənistan -Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki hazırda Azərbaycan Avropanın enerji təminatçısı rolunda çıxış edir. İstər Qərb, istərsə ABŞ regionda sülhün olmasında maraqlıdır. Sülh danışıqları gedir və bu müddət ərzində Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hələ razılaşdırılmamış məsələlər qalır. Onlardan biri anklavların qaytarılması məsələsi ortadadır. Ən mühüm məsələ – münaqişənin başlanılması üçün bəhanə kimi götürülən Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi bir azdan həll olunacaq. Ancaq Bakı-Xankəndi danışıqlarının başlanılmasına ən böyük maneəni Rusiya Federasiyası, onun “sülhməramlı” adlandırılan korpusunun komandanlığı və separatçılarıdır. Məhz Rusiyanın təzyiq altında Qarabağ erməniləri danışıqlardan imtina edirlər.Artıq möhlət vaxtı bəllidir, bu, 2025-ci ilin 9 ( 10) noyabrıdır. Həmin vaxt Azərbaycan Rusiyaya deməlidir ki “ya sənin qoşunların qalır, ya da gedir”.” -deyə Arzuman Muradlı bildirib.






















