“Rusiya Qarabağda yeni planlar qurur. Rəsmi Moskva Qarabağ ermənilərini silahlandırmaqla və təlimatlandırmaqla regionda gərginliyi artırmaqla məşğuldur. Son üç il ərzində Qarabağda olan Rusiya sülhməramlıları yalnız ermənilərə dəstək verməklə məşğul olub.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, həm Rusiya, həm də İran öz imperiya təfəkkürlərindən əl çəkməlidirlər.
“Qarabağda ermənilərin təxminən 10 minlik hərbi birləşməsinin olduğuna dair qeyri-rəsmi məlumatlar var. Rusiya Azərbaycan və Ermənistanı müharibəyə təhrik etməklə sabitliyi yenidən pozmaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyir. Maraqlıdır ki, Qarabağda bu əməliyyatların olmasından İran da maraqlıdır. Bir sözlə ermənilərin yeni təxribatlarının araxasıənda indi Rusiya və İran durur ”.-deyə politoloq bildirib.