“Qarabağda ermənilərin baş tutan aksiyaları Rusiyanın diktəsi ilə həyata keçirilir. Bu onu göstərir ki, Rusiya özünün sülhməramlı missiyasını təhlükə altına atır və siyasətə qurban verir.” – Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, bu gün Rusiya Qarabağda separatçıları bütün dəstəyi verir.
“Rusiya müxtəlif vasitələrlə Qarabağdakı separatçıları silahlandırır. Bu həm hava, həm də quru sərhədləri ilə həyata keçirilir. Hesab edirəm ki, Rusiyanın bu əməllərinin qarşısı alınmalıdır. Artıq Rusiyanın sülhməramlı missiyası bu işlərə görə sona çatdırılmalı və Rusiya sülhməramlıları Qarabağdan çıxarılmalıdır. Dünən Araik Arutunyanın Qarabağ ermənilərinə sonuncu müraciəti də onu göstərir ki, separatçılar sülhməraamlılara güvənərək radikal açıqlamalar verirlər. Məncə tezliklə Qarabağda anti-terror əməliyyatı qaçılmaz olacaq”. – deyə Arzuman Muradlı bildirib.























