image-rt-reklam
image-1backend

Rusiya polisinin miqrantlara hücumunun arxasında nə dayanır? –ŞƏRH

image-728x90

Rusiyada miqrantların Ukraynadakı müharibəyə cəlb edilməsi ilə bağlı narahatlıqlar beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunur. Rusiya polisi reydlər keçirərək miqrantları qanunsuz olaraq Ukrayna ilə savaşa göndərir.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Rusiya uzun illərdir ki, Mərkəzi Asiya və Qafqaz regionlarından, xüsusən də iqtisadi səbəblərdən ölkəyə gələn çox sayda miqrant üçün əsas işçi qüvvəsi mənbəyi olub.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Bu miqrantlar Rusiyanın iqtisadiyyatında mühüm rol oynayırlar, lakin onların hüquqları və sosial müdafiəsi ilə bağlı tez-tez problemlər yaşanır. Ukraynadakı müharibə başlayandan sonra isə miqrantların vəziyyəti daha da pisləşib. Bir sıra hüquq müdafiə təşkilatları, media qurumları və beynəlxalq təşkilatlar Rusiyanın miqrantları müxtəlif yollarla Ukraynadakı hərbi əməliyyatlara cəlb etdiyni açıqlayır. Rusiya bu ittihamı qəbul etməsə də, fakt ortadadır. Minlərlə miqrant bu savaşda həlak olub. İndi məcburən bu savaşa aparılanlırın yaxınları, ailə üzvləri təhdid edilir. Bir neçə gün öncə Azərbaycanlılara qarşı hücümün məqasədi əslində elə budur.” – deyə Arzuman Muradlı bildirib.

“Heç kimə gizlin deyil ki, Rusiyada qanuni yaşayış icazəsi və ya vətəndaşlıq almaq istəyən miqrantlara hərbi xidmət müqabilində bu proseslərin sürətləndiriləcəyi vəd olunur. Eyni zamanda, sənədlərində problemlər olan və ya miqrasiya qanunlarını pozan şəxslər deportasiya təhlükəsi altında hərbi xidmətə cəlb olunur. Bəzi hallarda, iqtisadi çətinliklərlə üzləşən və ya borcu olan miqrantlar üçün hərbi xidmət yeganə çıxış yolu kimi görünür.  Rusiyadakı həbsxanalarda və miqrant saxlanma mərkəzlərində olan şəxslərin müharibəyə getmək üçün təzyiqlərə məruz qaldığı barədə xəbərlər yayılıb. Onlara azadlıq və cinayət işlərinin bağlanması müqabilində müqavilə imzalamaq təklif edilir. Məhz bu səbəbdən bir çox hallarda miqrantlar məcburən savaşa getməli olurlar. Başqa faktı demək lazım deyil, təkcə son iki ildə Ukrayna ilə savaşda həlak olan azərbaycanlıların siyahısına nəzər yetirmək kifayətdir ki, Rusiya güc strukturlarının hansı vasitələrlə insanları müharibəyə apardığı aydın olsun”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90