image-rt-reklam
image-1backend

Rusiya Paşinyana mesaj göndərdi: Moskvada gözləyirik

image-728x90

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın may ayında Moskvada keçiriləcək Aİİ-nin yubiley sammitində iştirakını gözləyir.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

“Bu il Ermənistan Respublikası Avrasiya İqtisadi Şurasına sədrlik edir. Bu, həmçinin nümayəndə heyətlərinin mübadiləsini və səfərləri nəzərdə tutur. May ayında Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin keçirilməsi planlaşdırılır və təbii ki, Rusiya tərəfi orada sədrlik edən ölkənin lideri, baş nazir Paşinyanın da iştirak edəcəyini gözləyir”, – diplomat qeyd edib.

Kopirkin qeyd edib ki, yüksək və daha yüksək səviyyələrdə qarşılıqlı səfərlər dövlətlərarası münasibətlər praktikasında adi haldır və bu məsələ gündəmdə olub, var və qalır.

“Xatırladım ki, bu yaxınlarda, bir ay əvvəl İrəvanda ölkələrimizin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçirilmişdi. Orada həm Rusiyanın, həm də Ermənistanın müxtəlif departamentlərinin kifayət qədər yüksək rütbəli nümayəndələri iştirak edirdi. Bu, ikitərəfli münasibətlərimizdə çox mühüm, əlamətdar hadisə idi. Təbii ki, qəbul edilmiş qərarlar vacibdir, onlar həyata keçiriləcək, təmaslar və səfərlər tələb olunacaq”, – Kopirkin qeyd edib.

Diplomat əlavə edib ki, Rusiya tərəfindən erməni tərəfdaşlarına 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün bir sıra dəvətlər var.

Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb. İl ərzində ER Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasına sədrlik edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90