image-rt-reklam
image-1backend

Rusiya ordusunu yanacaqla təmin edən zavod vuruldu – Ukrayna PUA-ları zərbələr ednirib

image-728x90

Ukraynaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində Rostov vilayətinin Kamenski rayonunda yerləşən sənaye obyektində gücülü yanğın başlayıb.

Ulusal.az teleqram kanallarına istinadla xəbər verir ki, yanğının söndürülməsinə 100-dən çox insan və 38 texnika cəlb olunub. Vilayət qubernatorunun səlahiyyətlərini icra edən Yuri Slyusar da yanğının dorn zərbəsindən sonra baş verdiyini təsdiqləyib.

“Baza” və “VÇK-OQPU” teleqram kanallarının məlumatına görə, neft bazası yanır. Ukrayna mediası isə yazır ki, pilotsuz təyyarələr yayda vurduqları neft bazasına yenidən hücum ediblər.

“Rosrezerv”ə məxsus “Atlas” zavodu Kamenski rayonunda yerləşir, o, neft məhsullarının saxlanması üzrə ixtisaslaşıb,. Şirkət Rusiya ordusunu neft məhsulları ilə təmin edən əsas müəssisələrdən biridir.

Kamenski rayonu Rostov vilayətinin şimal-şərqində, Ukraynanın Luqansk vilayətinin Rusiyanın nəzarətində olan ərazisi ilə sərhədə yaxın ərazidə yerləşir.

Qubernator Slyusar yazır ki, pilotsuz uçan aparatların qalıqları Kamenski rayonunun Maslovka kəndində və Tarasovski rayonunun Dyaçkino qəsəbəsində fərdi evlərə də ziyan vurub. Onun sözlərinə görə, Rostov vilayətində 30 pilotsuz təyyarə vurulub. Hücum nəticəsində itki olmayıb.

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində Ukraynanın 47 pilotsuz təyyarəsini vurub. Rostov vilayəti üzərində 29, Krasnodar diyarı üzərində səkkiz, Belqorod, Bryansk və Voronej vilayətləri üzərində üç, ilhaq edilmiş Krım üzərində isə bir pilotsuz təyyarə vurulub. Krasnodar vilayətinin qubernatoru hücum barədə məlumat verməyib.

Bryansk və Voronej vilayətlərində itki yoxdur. Digər bölgələrdəki hücumun nəticələri hələlik məlum deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90