image-rt-reklam
image-1backend

Rusiya ordusu Odessanın mərkəzini vurdu – “Daha çox insan öldümək üçün xüsusi partlayıcılardan istifadə edirlər…”

image-728x90

Mayın 1-nə keçən gecə rus qoşunları ballistik raketlərlə Odessanın mərkəzinə hücum edib.

Ulusal.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Hücum nəticəsində biri polis məmuru olmaqla 3 nəfər həlak olub, daha üç nəfər yaralanıb. Şəhərin meri Gennadi Truxanov bildirib ki, raket zərbəsi mülki infrastruktura və yaşayış binalarına ziyan vurub.

Odessada yaşayan Azərbaycan diasporunun fəalı Anar Natiqoğlu bildirib ki, gecə şəhərə daha iki “İsgəndər M” tipli raket atılıb: “Nəticədə yaşayış binalarına zərər dəyib. Odessa hərbi administrasiyanın rəhbəri Kiperin verdiyi məlumata görə, 3 nəfər – 22 yaşlı polis işçisi və daha iki gənc sığınacağa gedərkən “şrapnel” qəlpələrinin baş və ürək nahiyəsinə dəyməsi nəticəsində həlak olub, daha 3 nəfər isə yaralanıb. Son günlər rus ordusu daha çox insan tələfatına nail olmaq üçün xüsusi hazırlanmış ballistik raketlərdən istifadə edir”.

O bildirib ki, “şrapnel” çoxsaylı qəlpələrə səbəb olan yumru formalı xüsusi partlayıcılardır.

Rusiya Müdafiə Nazirliyi Odessadakı hücumu şərh etməyib.

Aprelin 29-da Ukrayna hakimiyyət orqanları Rusiyanın ballistik raket hücumu həyata keçirdiyini, ehtimal ki, kasetli sursatların atıldığını açıqlayıb. Nəticədə 5 yerli sakin həlak olub, 32 nəfər yaralanıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilib. Yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib. Odessa Hüquq Akademiyasının Tələbələr Sarayında isə yanğın baş verib.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90