image-rt-reklam
image-versinbackend

Rusiya niyə məhz onu Türkiyəyə səfir göndərir? – 19-cu əsrdən bəri ilk dəfə…

image-728x90

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bu ölkənin Türkiyədəki səfiri təyin ediləcəyi barədə məlumat vermişik.

Ulusal.az xəbər verir ki, Rusiya mətbuatı niyə məhz Verşinin Türkiyəyə səfir göndərilməsinin təfərrüatları haqda yazıb.

“Nezigar” Telegram kanalında dərc olunan analitik məqaləyə görə, Türkiyə 19-cu əsrdən bəri Rusiya diplomatiyası üçün birinci dərəcəli əhəmiyyət kəsb etməyib.

Ancaq indi çox şey dəyişib və Türkiyə Rusiya üçün demək olar ki, Çin və Amerika istiqamətləri ilə bərabər strateji istiqamətdir. Rusiya diplomatik ənənəsinə görə, xarici işlər nazirinin müavini statusuna malik diplomatlar adətən yalnız ABŞ, Çin, Fransa və Böyük Britaniyaya səfir təyin olunurlar. Verşinin təcrübəli və peşəkar diplomatdır. 2018-ci ilin martında xarici işlər nazirinin müavini təyin olunana qədər o, Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinə rəhbərlik edib. Eyni zamanda, 2011-ci ildən Rusiya Xarici İşlər Nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsidir. Bu vəzifədə o, Rusiya, ABŞ, Aİ və BMT-nin daxil olduğu “Yaxın Şərq dördlüyü”nün danışıqlarında Rusiyanı təmsil edib.

“Ankaranın regional təsirinin əhəmiyyətli dərəcədə artması səbəbindən Türkiyə hazırda Rusiya üçün birinci dərəcəli əhəmiyyət kəsb edən istiqamət hesab olunur. Türkiyənin Suriya, Liviya və Afrikanın cənubunda təsirinin son dərəcə əhəmiyyətli olduğunu söyləmək olar. Ankara Cənubi Qafqazda da güclənir. Paralel olaraq, Qara dəniz hövzəsi üzərində təsirini artırmağa çalışır, aktiv şəkildə qaz kəmərləri tikir və istismar edir, Abxaziya və Ermənistana nüfuz etməyə çalışır və özünü Ukraynanın müharibədən sonrakı bərpasının iştirakçısı hesab edir. Təbii ki, bütün bunlar Moskvanın diqqətindən yayına bilməz. Ona görə də, Moskva Türkiyənin əhəmiyyətini qəbul edir”, – məqalədə deyilir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90