image-rt-reklam
image-1backend

Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib

image-728x90

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilib.

Ulusal.az “Report”-a  istinadən xəbər verir ki, bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb.

“Bu günlərdə “Rosqvardiya”nın Baş Təhlükəsizlik İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti ilə birlikdə qurumun departamentlərindən birinin keçmiş rəhbəri general-mayor Ryabıx həbs edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, həbs korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90