image-2000x150
image-1677841860_c1backend

“Rusiya Laçın yolunda tam nəzarətimizə qəti müqavimət göstərəcək” – Sabiq nazirdən XƏBƏRDARLIQ 

image-728x90

 

“Laçında keçid məntəqəsinin qurulması ilə bağlı məsələ iki komponentdən ibarətdir. Birincisi, yoldan daşınan yüklərə və mallara, o cümlədən hərbi texnikaya nəzarət. İkincisi isə Laçın yolu ilə  hərəkət edən şəxslərə nəzarət”.

Ulusal.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Laçın dəhlizində Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı fikirlərini bölüşən keçmiş nazir, ilk növbədə Rusiyanın bu mövzuda sərgilədiyi mövqeyi şərh edib:

“Aydındır ki, Rusiya münaqişə ocaqlarının öz varlığını saxlamasını nəzərə alaraq, Ermənistan və Azərbaycanın prosesi mövcud idarəetmə mexanizmini qoruyub saxlamağa çalışır. Digər tərəfdən o da aydındır ki, 2020-ci il müharibəsindən sonra hərbi alətlərdən istifadə imkanları da minimuma endirilib. Ona görə də indi Rusiya üçün əsas vəzifə irredentist və separatçı xarakterli “siyasi fəaliyyətini” davam etdirə biləcək “təsir agentləri” üçün Laçın yolunda hərəkət azadlığını qorumaqdır.

Ona görə də görünən odur ki, Rusiya bizim yüklərə nəzarət edə bilməklə bağlı tələbimizi təmin etməyə yaxındır. Lakin Moskva Azərbaycanın dövlət strukturlarının dəhlizlə hərəkət edən insanların axınını tənzimləməsinə qəti müqavimət göstərəcək.

Əminəm ki, Azərbaycan tərəfi Rusiya tərəfinə de-fakto ultimatum göndərdi ki, ya Rusiya tərəfi indiyə qədər açıq olan dəhlizlə öz “proksi”sini (Qarabağdakı separatçı rejimdən söhbət gedir) çıxaracaq, ya da bu “proksi” “siçan tələsi”nin içində məhv ediləcək”. 

Tofiq Zülfüqarov qeyd olunan proseslərin nə vaxt reallaşacağını deməyin çətin olduğunu qeyd edib. Sabiq nazir əlavə edib ki, Laçın yolu ilə bağlı gələcək addımların Rusiyanın Ukraynadakı vəziyyətilə sinxronlaşdırılacağı aydındır.bizim.media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90