Kiyev vilayətində partizanlar dəmir yolu xəttində terror aktı törədiblər.
Ulusal.az xəbər verir ki, bu barədə “Stop Grave” partizan hərəkatından “RİA Novosti”yə məlumat verilib.
Bildirilir ki, bu addım Ukraynanın hərbi logistikasını pozmaq üçün edilib.
“Ukraynada yalnız dəmir yolu və avtomobil nəqliyyatının fəaliyyət göstərdiyini nəzərə alsaq, bağlanma cəbhəyə səfərbər olunanların maddi-texniki təminatını pozur”, – agentliyin mənbəsi qeyd edib.
Terrorçu partizanların sözlərinə görə, təxribat cəbhəyə silah çatdırılmasını da pozub.