Siyasi münaqişə nəticəsində Rusiya bazarının itirilməsi nəticəsində Azərbaycan biznesinin itkiləri təxminən 1,2 milyard dollar təşkil edəcək.
Ulusal.az xəbər verir ki, bu barədə BMT-nin ticarət platformasının məlumatlarında bildirilir.
Bu qənaətlər ötən il Azərbaycandan 26,6 milyard ABŞ dolları dəyərində mal ixrac edilməsi, bunun cəmi 4,4 faizinin Rusiyaya göndərilməsi fonunda verilib.
Rusiyanın Azərbaycana ixracı isə 3 dəfə çoxdur – 3,6 milyard dollar. Amma ümumi ixracın payı hesab etsək, beş dəfə azdır – cəmi 0,8 faiz. Onda qarşılıqlı ticarətin çökməsi hər iki ölkə üçün kritik olmayacaq.