image-rt-reklam
image-1backend

Rusiya hərbi gəmilərini ABŞ-la sərhədə göndərdi: Vaşinqtondan REAKSİYA

image-728x90

Rusiya prezidenti Vladimir Putin Kubaya hərbi gəmilər göndərməklə ABŞ-a siqnal göndərib.

Ulusal.az xəbər verir ki, bu barədə “The American Thinker” yazır.

“Görünür, prezident Vladimir Putin bizə siqnal göndərir”, – nəşr yazıb.

Materialın müəllifinin fikrincə, Rusiya gəmilərinin ABŞ sahillərində peyda olması Kiyevin Rusiyaya zərbə endirmək üçün Qərbin verdiyi silahlardan istifadə etmək icazəsinə cavab ola bilər.

Sualtı qayıq, freqat, tanker və yedək gəmisi də daxil olmaqla Rusiya taktiki qrupu iyunun 12-dən 17-dək Havana limanına gələcək. Bundan əlavə, rusiyalı dənizçilər Kuba Hərbi Dəniz Qüvvələri komandanlığı və Havana qubernatoru ilə görüşmək, eləcə də tarixi və mədəni görməli yerləri ziyarət etmək niyyətindədirlər.

Xatırladaq ki, bundan əvvəl media bütün dövlətlərin beynəlxalq sularda təlimlər keçirmək hüququna malik olduğunu yazmışdı. 2013-cü ildən 2020-ci ilə qədər Rusiya müntəzəm olaraq Kubaya gəmi göndərirdi. O da qeyd edilib ki, bu, inqilabi hökumətin qədim ənənəsi və Kubanın Havananı dəstəkləyən ölkələrlə dostluq və əməkdaşlığının bir hissəsidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90