image-rt-reklam
image-1backend

Rusiya hərbi bazaları Suriyadan çıxarılacaq? – İlkin razılaşma var, amma

image-728x90

Rusiya Suriyadakı yeni hakimiyyət orqanları ilə oradakı iki hərbi bazasının saxlanması ilə bağlı razılaşmaya yaxındır.

Bu məlumatı “Bloomberg” agnetliyi cümə axşamı Moskva, Avropa və Yaxın Şərqdəki mənbələrə istinadən yazıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Həyat Təhrir əl-Şam” qruplaşması ilə təmaslarda hərbiçilərin, texnikanın Suriyadakı bazalarda saxlanmasının mümkünlüyü ilə bağlı qeyri-rəsmi anlaşma əldə olunub. “Bloomberg” qeyd edir ki, Suriyadakı qeyri-sabit vəziyyətə görə hər şey dəyişə bilər.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov cümə axşamı jurnalistlərlə söhbətində deyib ki, Moskva bu ölkədə beynəlxalq terrorizmlə mübarizə aparmaq üçün Suriyadakı bazalarını saxlamağa ümid edir.

Nazir müavini qeyd edib ki, hazırda bazalar Suriya ərazisində qalır, çünki onlarla bağlı başqa qərarlar qəbul edilməyib.

“Bazalar Suriya hakimiyyətinin tələbi ilə orada olub, məqsəd İŞİD-ə qarşı mübarizə aparmaq idi.Mən ondan çıxış edirəm ki, hamı terrorizmə və İŞİD-in qalıqlarına qarşı mübarizənin bitmədiyi ilə razıdır”, – “İnterfaks” Boqdanovdan sitat gətirir.

Bundan əlavə, Mixail Boqdanov bildirib ki, Moskva “Həyat Təhrir əl-Şam” qruplaşmasının siyasi komitəsi ilə birbaşa əlaqələr qurub. Noyabrın 27-dən başlayan sürətli hücumla Suriyada prezident Bəşər Əsəd rejimini devirən silahlı üsyançı qüvvələrə məhz bu qrup rəhbərlik edirdi.

Suriyada rusların Tartusda dəniz bazası, Latakiyada isə hava bazası var. Onların sonrakı taleyi hələ də bəlli deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90