Donetsk vilayətində Rusiya hərbçisi təhlükəli ərazidən təxliyə olunmağa çalışan mülki şəxsi güllələyib.
Ulusal.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.
Hadisə Pokrovski rayonunun Udaçnoye kəndində baş verib. Sosial şəbəkələrdə yayılan videolardan birində əşyalarını daşıyan bir mülki şəxsin yolun kənarı ilə irəlilədiyi əks olunub. Kadrlarda görünür ki, dağıdılmış binada gizlənmiş rus hərbçisi onu nişan alaraq atəş açır. Güllə dinc sakinin həyatına son qoyur.
Faktla bağlı istintaq tədbirlərinə başlanılıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Hazırda Donetsk Vilayət Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidməti hadisənin bütün detalları və günahkar şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparır.Musavat.com