Gecə saatlarında Rusiya Ukraynanın şəhərlərinə genişmiqyaslı hücum həyata keçirib. Ulusal.az xəbər verir ki, Ukrayna teleqram kanallarının məlumatına görə, zərbələr üçün ən azı 50 ədəd “Gerań-2” pilotsuz aparatı və bir neçə onlarla X-101 raketi istifadə olunub.
Ən ağır zərbələrə Dnepropetrovsk vilayəti məruz qalıb. Buraya “Şahed”lər və raketlərlə kombinasiyalı hücum edilib. Dnepr şəhərində bir nəfər həlak olub, 13 nəfər yaralanıb. Çoxmənzilli bina, fərdi evlər və təsərrüfat tikililəri dağılıb, yanğınlar baş verib. Pavloqradda isə bir müəssisə zədələnib.
Hücumun fəsadları Kiyev vilayətində də qeydə alınıb – üç rayonda qarajlar, fərdi evlər və avtomobillər ziyan görüb.
Nikolayev vilayəti isə ballistik raketlər və zərbə PUA-ları ilə atəşə tutulub. Nikolayevin sənaye infrastrukturu, Sniquriv icmasında bir ferma, eləcə də fərdi evlər və mülki avtomobillər zərbə altında qalıb.