Rusiya işğalçıları gəmilərini işğal etdikləri Krımdan Novorossiyskə (Krasnodar diyarı) keçirirlər.
Ulusal.az xəbər verir ki, “UNİAN”-ın yazdığına görə, bu barədə Ukrayna və Krım tatarlarının “Atəş” partizan hərəkatı məlumat yayıb. Onlar müvafiq şəkilləri telegram- kanallarında paylaşıblar.
“Biz düşmən gəmilərinin, qoşunlarının və texnikasının “Kavkaz” limanına köçürülməsini qeydə aldıq. Qoşunlar daha sonra Novorossiyskə çatdırılacaq”, – məlumatda belə deyilir.
Partizan hərəkatının Rusiya Silahlı Qüvvələrinin Qara Dəniz Donanmasındakı agentlərinin sözlərinə görə, işğalçıların sıralarında çaxnaşma var. Bu yolla gəmiləri yeni raket hücumlarından xilas etməyə çalışırlar.
Rusiya donanmasına hücumlar haqda xəbərlər:
Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna Rusiyanın 20-dən çox hərbi gəmisini məhv etməyə və zədələməyə nail olub.
Rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib ki, Ukrayna pilotsuz təyyarələri “Admiral Makarov”, “İvan Qolubets”, “İvan Xurs”, “Sergey Kotov”, “Neftyanoy”, “Mayak”, “Akula” və “Serna” gəmilərini vurub.
Bundan əvvəl məlum olub ki, Rusiya Gürcüstan ərazisinin işğal olunmuş hissəsini Qara dəniz donanmasının yeni bazasına çevirmək niyyətindədir. Bu barədə ötən ay Abxaziyanın qondarma “prezidenti” Aslan Bjaniya bəyan edib.Moderator.az