image-rt-reklam
image-1backend

Rusiya Ermənistan müxalifətindən imtina etdi: Qərb də yaxın buraxmır

image-728x90

Nə Qərb, nə də Rusiya Ermənistanın parlament müxalifəti ilə əməkdaşlıq etmir.

Ulusal.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Parlamentarilərdən biri şikayət edib ki, müxalifət deputatları Ermənistanda akkreditə olunmuş demək olar ki, bütün səfirlər üçün “persona non-qrata” olublar.

Müxalifət görüş tələb edəndə ya cavab vermirlər, ya da aylar sonra, deputatların səsləndirmək istədiyi məsələ aktuallığını itirəndə cavab verirlər. Amma əvvəllər səs-küylü tədbirlər zamanı səfirlərin özləri müxalifət deputatları ilə təmasda olub, mövcud hakimiyyətə təsir göstərməyə çalışırdılar”, – nəşr qeyd edir.

Qeyd edək ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatları əsasən Robert Köçəryanın nəzarətindədir. Xocalı qatilinin oğlu da müxalif deputatlar arasındadır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90