image-rt-reklam
image-1backend

Rusiya dünyaya çatdırdı: Türkiyə müraciət edib, bu həqiqətdir

image-728x90

Kreml Türkiyənin Rusiyanın sədrlik etdiyi BRICS-ə üzv olmaq üçün müraciət etdiyi barədə iddialara cavab verib.

Ulusal.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov “Bloomberg”-in irəli sürdüyü bu iddiaları təsdiqləyib.

Peskov həmçinin qeyd edib ki, Türkiyə buna marağı çoxdan bəyan edib.

İddianın Türkiyə ilə sıx əlaqələri olan Rusiyanın BRİCS-ə sədrliyi dövründə gündəmə gəlməsi diqqət çəkib.

Peskov Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir gündəmdə olan Türkiyə səfəri ilə bağlı da yeni açıqlama verib. O, səfərə hazırlıqların davam etdiyini və dəqiq tarixin hələ müəyyən edilmədiyini bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90