image-2000x150
image-img-20230301-wa0035backend

Rusiya Cənubi Qafqazı Qərbə uduzur – Regionda nə baş verir?

image-728x90

“Rusiya XİN rəsmisi Mariya Zaxarovanın son açıqlamaları məzmun olaraq bundan əvvəlki çoxsaylı açıqlamaları ilə eynidir”.

Bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının Beynəlxalq məsələlər üzrə müavini Vasif İsmayıl bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin beynəlxalq platformalarda görüşlərindən sonra Rusiya xarici siyasət idarəsi prosesə müdaxilə etmək və onu pozmaq üçün hər dəfə belə fikirlər ortaya atır.

“Azərbaycan-Ermənistan xəttində problemləri həll etmək üçün ən səmimi hərəkət, sadəcə, mane olmamaqdır. Qərb platforması (Avropa və ABŞ vasitəçiliyi) bu istiqamətdə xeyli irəliləyə bilib – ikili görüşlər baş tutur, artıq elektron poçt diplomatiyası da işə düşüb.

Rusiya tərəfi Qərb platformasında keçirilən hər görüşdən sonra təkrarlayıcı görüşlər keçirməyə çalışırdı, amma son zamanlarda bunu sanki Qərbin Cənubi Qafqaz bölgəsinə soxulmaq kimi dəyərləndirdiyini söyləyərək işləri korlamağa başladı”, – Vasif İsmayıl əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda təsir və təzyiq imkanlarını qorumağa çalışması anlaşılandır: “ Ancaq çoxillik Ermənistan-Azərbaycan münaqişəsinin yekun sülh müqaviləsi ilə sonlandırılmasını Rusiya, təəssüf ki, bölgəni Qərbə uduzmaq kimi başa düşür. Rusiyanın bunun üçün bölgədə düşmənçiliyin davam etdirilməsindən ötrü əlindən gələni edəcəyi aydındır. Necə deyərlər, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya münaqişənin tərəfindədir.

Zaxarovanın son açıqlamalarında rəsmi Bakı və İrəvana hədələyici elementlər də mövcuddur. Cənubi Qafqaz regionunda tərəflərin (Ermənistan və Azərbaycanın) Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümidi olduğunu bildirib. Bunuun üçün isə Qarabağ məsələsinin həllini sonrakı nəsillərə saxlamağı məsləhət görür. Azərbaycan cəmiyyəti üçün bu variantın birmənalı qəbuledilməz olduğunu əminliklə söyləyə bilərəm.

Yuxarı Qarabağda Azərbaycan dövlətinin yurisdiksiyasının tam bərpa olunmasında Kremlin maraqlı olmadığı artıq gün kimi aydındır. Rusiya ordusunun müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yeni bir qondarma qurum – “Rus İcması” təsis etməklə Azərbaycandakı rus icmasını da iki ayrı qrup kimi gördüyünü bildirir. Son bir neçə həftədə ən az 3 böyük qrup halında Rusiya vətəndaşlarının çıxarıldığını Rusiyanın rəsmi məlumatlarında gördük. Qarabağda dərə xəlvət, tülkü bəy prinsipi ilə yerli ermənilərə Rusiya pasportlarının paylanması Gürcüstan və Ukraynadakı separatist bölgələrdə də görülmüş təxribatçı hərəkətdir. Elə buna görə də, Azərbaycan dövləti, cəmiyyəti bütün hallarda ayıq-sayıq olmalı, məsələlərin üzərinə getməli və Kremldən tutarlı izahat tələb etməlidir.

Liderlərin Münhendə görüşü, Prezident İlham Əliyevin sülh danışıqlarının Brüssel formatını dəstəklədiyini deməsi, Paşinyanın son vaxtlar Avroatlantik məkana inteqrasiya kursunda qətiyyətli addımlar atması və problemlarin həllini bu müstəvidə görməsindən narahat olan Sergey Lavrovun tezisləri əsasında Mariya Zaxarovanın mətn hazırlayıb dəfələrlə təkrar etməsi Azərbaycan və Ermənistana bu mesajı verir: “Əsas vasitəçi Moskvadır, Brüsselə inanmayın, bizimlə ortaq hərəkət edin!”
Etiraz edirik!
Razı deyilik!
Tiflis platformasında ikili görüşlərin keçirilməsi və yekun sülh müqaviləsinin imzalanmasını istəyirik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90