image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Rusiya Cənubi Qafqazı itirir” -Arzuman Muradlı

image-728x90

Ermənistan sərhədindən cavabdeh ölkənin Rusiya olduğunu nəzərə alanda sərhədin cəbhəyə çevrilməsini, gərginliyin artma səbəblərini çox uzaqda axtarmağa dəyməz. Ardınca azərbaycanca danışan erməninin özünü bizim ordunun əsgəri kimi qələmə verib yüzlərlə erməni başını kəsməsi barədə feyki yayıldı və bu, Bakını qəddarlıqda şərləmək, Qərbdə mənfi imic yaratmaq məqsədi güdürdü. Bundan başqa, yayılan böhtan ermənilər arasında azərbaycanlılara bəslənən nifrəti böyütmək, hər iki ölkənin vətəndaşlarının sülhdən uzaqlaşmasına xidmət edirdi. Bəs regionda sülhü kim istəmir? Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib ki, regionda sülhü istəməyən qüvvə Rusiyadır.

“Çünki İrəvanla Bakı sülhə yaxınlaşdıqca imperialist Moskva Cənubi Qafqazdan uzaqlaşır. Qərb gücləri Pyotr varislərinin əl-qolunu mərhələli şəkildə yığır və buna Rusiyanın qərb sərhədlərindən start veriblər. Belə ki, Rusiyanın qərbində ruspərəst ölkə kimi ancaq Belarus qalıb. Ukrayna planı gerçəkləşəndən sonra isə Belarusu da xaos – vətəndaş müharibəsi gözləyir. Rusiyanın Böyük Qafqazdakı dayaq nöqtələrini laxlatmaq üçün isə Cənubi Qafqazdan başlamaq gərəkdir. Çünki dünya ölkələri Abxaziya və Cənubi Osetiya mərhələsinə qədəm qoysalar, bu işdə uğur əldə etsələr, Gürcüstan rus blokadasından çıxmayacaq.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, postsovet ölkələrini rusiyasızlaşdırmaq istəyən Qərb prosesə Cənubi Qafqazda start verməlidir.

“İrəvanla Bakı arasında sülhün imzalanması Laçın və Zəngəzur dəhlizləri ilə bağlı ortaq mövqe, sərhədlərin tanınması deməkdir. Belə olan halda isə iki ölkə arasında sadalanan məsələləri problem kimi yaradan Lenin mavzoleyinə “fatihə” vermiş olarıq. Yəni Rusiya həm Ermənistan, həm də Azərbaycana Qarabağ kartı ilə təsir göstərirdisə, sülhün imzalanması ilə “pas” getməli olacaq. Kremldəkilər bunu anladığından düşmənçiliyi dərinləşdirmək niyyətindədirlər.” -deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90