image-rt-reklam
image-1677060887_arzuman-teze-1-2backend

“Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil” -Arzuman Muradlı

image-728x90

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Qərbin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün akiv fəaliyyət göstərməsini sərt şəkildə tənqid edib.
“Tələsik şəkildə hazırlanan sülh müqaviləsi münaqişəni həll etməyəcək. Cənubi Qafqazda tez bir zamanda sülh əldə edilməsinə çalışmaq doğru deyil. Çünki Qərb yerdəki real şəraitdən xəbərsizdir”, – Zaxarova deyib.

Mariya Zaxarovanın açıqlamasına münasibət bildirən politoloq Arzuman Muradlı hesab edir ki, bu Rusiyanın çirkin mövqesinin  göstəricisidir..

“Rusiya bu açıqlaması ilə Qarabağda və Azərbaycan -Ermənistan arasında sülh müqaviləsini istəmədiyini bir daha bəyan edir. Bu onu göstərir ki, Rusiya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil”. –Ulusal.az açıqlamasında  politoloq Arzuman Muradlı bildirib.

Politoloq heüsab edir ki, yaxın zmanda sülh müqaviləsinin bağlanması reallığı əks etdirmir.

“Çünki Ermənistanın bütün komnukasiya vasitələri Rusiyanın əlindədir. Rusiyanın Ermənistanda böyük hərbi bazası və Qarabağda sülhməramlı kontingenti var. Ümumilikdə Rusiya Cənubi Qafqazda təsir vasitələrindən istifadə etməklə sülhə mane olur və olacaq”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90