image-rt-reklam
image-333backend

“Rusiya bu oyuna getməz” -Arzuman Muradlı

image-728x90

“Rusiya Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) konsulluq açmaq arzusu ermənilərin yeni arzuya ümid etməsinə səbəb olub. Ancaq Rusiya çətin ki, ermənilərin şoularına dəstək versin” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini açıqlaması ermənilərin arasında  yeni yola çıxış adlandırıb.
“Moskva faktiki olaraq Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini bəyan edib. Bu qərar başda Prezident Ersin Tatar olmaqla, ŞKTC rəsmiləri tərəfindən müsbət qarşılanıb. Bu qərar ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilir. Rusiya isə bu addımının siyasi məzmun daşımadığını, sadəcə, həmin bölgədə yaşayan ruslar üçün vacibliyi baxımdan belə bir qərarın verildiyini deyir.

İndi Xankəndindəki separatçılar Rusiyaya yalvarış göstərərk Xankəndində də konsulluq açılmasını xahiş edirlər. Rusiya bu oyuna getməz. Çünki Rusiya anlayır ki, bölgədə yeni gərginliyin yaradılması Kremli çətin vəziyyətə sala bilər” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90