image-rt-reklam
image-880507_srcbackend

Rusiya Belarusa qoşun göndərdi: NATO-nun  cavabı gecikmədi

image-728x90

Belarusa “Qərb-2025” birgə hərbi təlimlərində iştirak üçün ilk Rusiya bölmələri gəlib. Təlimlərin aktiv mərhələsi sentyabr ayında keçiriləcək. Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenkonun verdiyi məlumata görə, söhbət bir neçə yüz rus hərbçisindən və onlarla hərbi texnikadan gedir. Belarus isə öz növbəsində bölmələrini Rusiyadakı poliqonlarda hazırlıq üçün göndərib.

Demçenko bildirib ki, Ukrayna kəşfiyyatı və sərhədçiləri əlavə Rusiya qüvvələrinin gəlişini izləməkdə davam edir. Hazırkı hərbçi sayı ciddi təhlükə yaratmasa da, təlimlər zamanı təxribat ehtimalı istisna edilmir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə xəbərdarlıq edib ki, Rusiya təlimlərdən istifadə edərək gizli şəkildə hücum qruplaşmaları formalaşdıra və qoşunları Ukrayna sərhədinə yönləndirə bilər.

Bu arada Litvada “Qəzəbli Canavar-2025” sahə-taktiki təlimləri başlayıb. Təlimlər 11–22 avqust tarixlərində Belarusla sərhəddə yerləşən Varena rayonu və “Qayjyunay” poliqonunda keçirilir. Təlimlərdə təxminən 350 hərbçi və 50 hərbi texnika iştirak edir.

Birinci mərhələdə piyada bölmələri Varena rayonuna yerləşdirilərək BMP Vilkas və digər texnikalardan istifadə etməklə yaşayış məntəqələrində müdafiə əməliyyatları üzrə məşq edəcək. İkinci mərhələdə isə döyüş atışları planlaşdırılıb. Təlimlərdə imitasiya mərmilər, pirotexnika və güclü səs effektlərindən istifadə olunacaq, hərbi texnika isə region yollarında aktiv hərəkət edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90