image-rt-reklam
image-image_750x_6665cad467eb4backend

Rusiya Baqratın əli ilə Paşinyanı devirir: İrəvanda kritik saatlar…

image-728x90

Ermənistan yenidən qarışıb. Bu gün axşam saatlarından başlayaraq İrəvanın Respublika meydanına 100 mindən artıq insan toplaşıb. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya səsləyirlər. Maraqlıdır ki, bu mitinqdən Rusiyanın bir sıra aparıcı KİV-ləri  Baqrat Srbazanın başçılıq etdiyi İrəvanın Respublika meydanında keçirilən mitinqi canlı olaraq yayımlayır.

Rusiya kütləvi informasiya vasitələri İrəvanın Respublika meydanında, on minlərlə insanın baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün toplaşdığı Ermənistan hökumət binasının yaxınlığında böyük polis qüvvələrinin cəmləşdiyini xüsusilə vurğulayır.
Xatırladaq ki, etiraz hərəkatının lideri Baqratın Rusiya xüsusi xidmət orqanlarının planlarını icra etdiyi yayılıb.

“Ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə, o, cəmiyyətdə barışığa nail olmalı, xarici dünya ilə münasibətləri tənzimləməli, həmçinin müvəqqəti keçid hökumətinin olacağı növbədənkənar parlament seçkilərinə hazırlıqlara başlamalı olan keçid hökuməti qurmağı planlaşdırır. “-bunu Rusiyanın aparıcı media orqanı olan ORT televiziyasının reportajında politoloq Aleksandr Ryazanov deyib.

Görünən odur ki, artıq Rusiya Baqratın əli ilə Paşinyanı devirir və bu planlı şəkildə həyata keçirilir. Erməni mediası iddia edir ki, bu mitinqdə Rusiyada yaşayan çoxsaylı iş adamı da iştirak edir. “Hraparaq” nəşri yazır ki, mitinqdə iştirak edən Rusiyada yaşayan iş adamları vədlər verməkdən belə çəkinmirlər. Bir sözlə Rusiya addım – addım öz istəyinə nail olur. Paşinyan qısa zamanda radikal addımlar atmasa hakimiyyəti itirə bilər. Bəzi erməni teleqram kanalları iddia edir ki, Baqratın çağırışı ilə erməni ordusu da itaətsizliyə hazırlaşır. Görünən odur ki, tezliklə Rusiya İrəvanda hakimiyyətin dəyişməsi üçün bütün mümkün vasitələrdən istifadə edir.

Qoşqar Salmanlı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90