2025-ci ildən Rusiyada bakalavr təhsili sistemi mövcud olmayacaq. Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının elm və ali təhsil naziri vəzifəsini icra edən Valeri Falkov məlumat verib. Mövcud məlumata görə, ali təhsil ali və ali ixtisas təhsil sistemlərinə bölünəcək. Magistr dərəcəsi qorunub saxlanılacaq, lakin bütünlüklə yenidən işlənəcək.
Bəzi peşələrdə dörd illik təhsillə layiqli təhsil almaq mümkün olacaq. Bəzi ixtisaslar üzrə ali təhsilin müddəti 5-5,5 il olacaq.