image-rt-reklam
image-rus-sulhmeramli-yenibackend

“Rusiya Azərbaycan və Ermənistanın birbaşa təmasından qorxur” -Arzuman Muradlı

image-728x90

” Brussel görüşündən dərhal sonra Rusiya əndişələnməyə başladı. Çünki Rusiya Ermənuistan və Azərbaycanın birbaşa təmasından qorxur” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq hesab edir ki, Kremlin Brüsselin vasitəçiliyindən narahatlığı Azərbaycana və Ermənistana qarşı yönəlib.

“Rusiya Xarici Işlər Nazirliyinin Qarabağla bağlı son bəyanatını oxuduqda söhbətin Azərbaycan ərazisindən deyil, sanki keçmiş Rusiya imperiyasına “aid” olan ərazisindən getdiyi təsəvvürü yaranır. Bəyanatda Ermənistanın baş nazirinə açıq-aşkar “tövsiyyə” edilib ki, “Brüsseli dinləmə və Qarabağı Azərbaycan ərazisi kimi tanıma”. Kremlin bəyanat vasitəsilə bizə də mesajı var: “Laçın dəhlizini açın”. İki ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq xarici və təhlükəsizlik siyasətimizin ana maddəsi olmalıdır, başqa alternativimiz yoxdur! Hesab edirəm ki, Rusiya qüvvələrinin Qarabağda qalmasının bizə heç bir faydası yoxdur. Sülhməramlıların Qarabağdan çıxarılmasının əsl zamanıdır və 2025-ci ildə bu mütləq baş  verəcək.” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90