image-rt-reklam
image-1backend

RUSİYA ARTIQ İKİNCİ DEYİL… – Kreml silah bazarındakı yerini də itirib + SİYAHI

image-728x90

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, Rusiya artıq ABŞ-dən sonra ikinci ən böyük silah ixracatçısı deyil.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, artıq Fransa(47% artım, dünya ixracatındakı payı 11%) silah satışında Rusiyanı geridə qoyub. Hesabatda deyilir ki, Rusiyadan silah ixracı 2019-2023-cü illərdə 2014-2018-ci illərlə müqayisədə 53% azalıb.

Birinci yeri əvvəlki beş illik dövrlə müqayisədə satışları 17% (dünya bazarındakı payı 42%-i) artıran ABŞ tutur.

İlk onluğa aşağıdakı digər ölkələr də daxildir: Çin – 5,3% azalma(dünya bazarının 5,8%-i), Almaniya – 14% azalma(dünya bazarının 5,6%-i), İtaliya – 86% artım(dünya bazarının 4,3%-i), Böyük Britaniya – 14% azalma(dünya bazarının 3,7%-i), İspaniya – 3,3% azalma(dünya bazarının 2,7%-i), İsrail – 25% azalma(dünya bazarının 2,4%-i), Cənubi Koreya – 12% artım(dünya bazarının 2%-i).

SIPRI-nin məlumatına görə, Rusiyanın silah ixracının azalması təkcə müharibəı illərində deyil, ümumilikdə son beş ildə xüsusilə nəzərə çarpır. Belə ki, 2019-cu ildə 31 ölkəyə əsas silah növləri tədarük edən Rusiya 2022-ci ildə 14, 2023-cü ildə 12 ölkəyə silah sata bilib. Rusiyanın əsas alıcıları Hindistan (34%), Çin (21%) və Misir (7,5%) olub. Eynizamanda, 2014–2018-ciillərlə müqayisədə bu ölkələrə satışlarmüvafiqolaraq 34%, 39%və 54% azalıb.

İnstitutun verdiyi məlumata görə, Birləşmiş Ştatlar 2019-2023-cü illərdə 107(!)ölkəyə silah tədarük edib ki, bu da bütün əvvəlki dövrlərdən daha çoxdur. Bunun 38%-i Yaxın Şərqə, 31%-i Asiya və Okeaniyaya, 28%-i Avropaya ixrac edilib.

Fransaya gəlincə, o, 64 ölkəni əsas silahlarla təmin edib. Silah ixracının ən böyük payı (42%) Asiya və Okeaniyaya, 34%-i Yaxın Şərqə düşüb.Ölkələr arasında Fransa silahlarının ən böyük alıcısı Hindistan olub ki, bu da təxminən 30% təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, Fransanın silah ixracındakı artım əsasən Hindistan, Qətər və Misirə döyüş təyyarələrinin tədarükü ilə bağlı olub.

2019-2023-cü illərdə Avropaya silah tədarükü 94% artıb. Ukrayna regionda ən böyük, dünyada isə dördüncü idxalçıya çevrilib.

2019-2023-cü illərdə Avropa ölkələrinin idxal etdiyi silahların təxminən 55%-i ABŞ-dən gəlib. Bu, əvvəlki beş ildəkindən 20% çoxdur. Rusiya hakimiyyət orqanları bu rəqəmləri inkar edərək deyirlər ki, guya Rusiya hərbi məhsullarına tələbat azalmır. Hansı ki, Moskva xırda Ermənistanla bağladığı silah sazişini belə yerinə yetirmək iqtidarında deyil.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90