image-rt-reklam
image-e0c1c3eba8ba9f99c64a1fe989d71bf8backend

Rusiya agenti olduğu deyilən Əbülfəz Qarayevdən EKSKLÜZİV AÇIQLAMA

image-728x90

“Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm”.

Bunu Musavat.com- a Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.
“Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir”.

Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90