image-2000x150
image-a72ca794c8a7406a970b224b2a6664a5-0backend

«Rusiya-Afrika» Sammiti Bakının diqqət mərkəzindədir

image-728x90

Sankt-Peterburq böyük «Rusiya-Afrika» Sammitinə hazırlaşır.

Sammiti cari ilin iyul ayının sonunda keçirmək planlaşdırılır.

Qeyd edək ki, Rusiyanın Afrikaya olan xüsusi diqqəti heç də Ukrayna müharibəsinın qızğın fazaya – Qərb və Rusiyanın konfliktinin qızışması fazasına keçməsi ilə əlaqədar deyil.

Məsələ burasındadır ki, I «Rusiya-Afrika» Sammiti koronovirus pandemiyasından öncə, 2019-cu ilin oktyabrında Soçidə keçirilib. daha sonra apandemiya inteqrasiya proseslərini ciddi şəkildə tormozladı. İndi isə Rusiya aradan keçən müddətdə itirdiklərini qazanmaq və imkanlarını yenidən dəyərləndirməyi düşünür.

Rusiya XİN rəhbəri Sergey Lvrovun sözlərinə görə, Rusiyanın Afrika dövlətlərinə təklif edəcəyi çox şeylər var və bunlar hərtərəfli əlaqələrin gücləndirilməsi üçün böyük imkanlar yaradır. O həmçinin qeyd edib ki, Rusiya ilə məmkdaşlıq bir sıra Afrika ölkələrinə öz milli təhlükəsizliklərini təmin etmək istiqamətində böyük imkanlar verə bilər.

Sammit zamanı Rusiya ilə Afrika ölkələri arasında elmi-texniki sahədə əməkdaşlığı genişləndirmək, habelə “qara qitədə” kritik infrastrukturun və sənayenin müxtəlif sahələrinin inkişaf perspektivləri müzakirə ediləcək.

Düz bir ay əvvəl prezident Putin əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirərək demişdi ki, onun ölkəsi üçün Afrika ilə əməkdaşlıq prioritet məsələdir.

“Afrika ölkələri ilə əməkdaşlığa xüsusi diqqət ayırırıq. Bu Rusiya xarici siyasətinin prioritet məsələsidir. İmamırıq ki, Afrika formalaşmaqda olan çoxqütblü dünyanın liderlərindən olacaq və bunun üçün qitənin böyük imkanları var”, – deyə Rusiya prezidenti vurğulamışdı.

Məlum məsələdir ki, Rusiyanın “Afrika keysi” Qərbin yeni “Afrika” strategiyasına qarşı dayanır. Bu gün Cənubi Afrikadan Əlcəzairə qədər bütün ölkələrin liderləri öz keçmiş müstəmləkəçilərinə qarşı düşündüklərini deməkdən çəkinmirlər və Avropa liderlərini açıq şəkildə ölkələrinin keçmişinə sahib çıxmağa, Afrika xalqlarının başına açdıqları zülmlərə görə üzr istəməyə çağırırlar.

Moskvdakı parlamentlərarası görüş zamanı bəzi afrikalı siyasətçilərin bəyanatlarını diqqətinizə çatdırırıq:

“Bizə əsl müstəqillik və suverenitet lazımdır! Bu gün biz öz üzərimizə məsuliyyət götürərək bilririk ki, biz daxili işlərimizə burunlarını soxan keçmiş müstəmləkəçilərlə əməkdaşlıq etmık istəmirik!”, – də Malinin Milli keçid Şurasının sədri Malik Dyao bildirib.

Konqo Respublikasının Senatının sədri Pyer Nqolo isə bildirib ki, Rusiya və Afrikanın əlaqələri yeni mərhələyə keçib.

“Müstəqillik uğurunda xalqlarımızın apardığı mübarizəyə SSRİ böyük dəstək verib. Bu gün isə Rusiya Konqonun əsas dostları arasında mühüm yer tutur və çətin anlarda onun aynında olur”, – deyə Nqolo vurğulayıb.

Zimbabvenin Milli Məclisinin spikeri də eyni fikirləri səsləndirərək ölkəsinin Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini deyib. San-Tome və Prinsipi Demokratik Respublikasının parlament sədri isə Rusiyanın Afrikaya rekord məbləğdə investisiyalar qoyduğunu bildirib.

Qarşıdan gələn sammitin fonunda onu da qeyd etmək vacibdir ki, Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı hər il genişlənir və möhkımlənir. 2023-cü ilin mart ayında Qoşulmamam hərəkatına sədrlik edən Azərbaycanın prezidenti İlham Əliyev təşkilatın konfransında çıxış edərkən bildirmişdi ki, postpandemiya dövründə Afrikanın kiçik və kasıb dövlətlərinə yardımlar edilib.

“Mən xüsusi iftixar hissi ilə demık istəyirəm ki, ilk donor kimi Azərbaycan pandemiyanın nəticılərinin aradan qaldırılmasına 1 milyon dollar ayırıb”, – deyə Azırbaycan prezidenti bildirmişdi.

Bundan başqa Azərbaycan XİN başçısı Ceyhun Bayramov həmin konfransdakı çıxışında Afrika dövlətlərinin Qoşulamama hərəkatındakı rolunu yüksək qiymətləndirmişdi. O qeyd etdi ki, Afrika istiqaməti Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir.

Azərbaycanla Rusiyanın strateji əlaqələrinin fonunda isə onu demək yerinə düşərdi ki, Sankt-Peterburqda keçiriləcək “Rusiya-Afrika” Sammiti Azərbaycanın diqqət mərkəzində yerləşir.

Andrey Beloborodov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90