30 günlük atəşkəs Kiyevə yenidən silahlanmağa və münaqişənin eskalasiyasının yeni səviyyəsinə çatmağa imkan verəcək.
Ulusal.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.
Onun sözlərinə görə, atəşkəs rejimi Ukrayna tərəfinə öz mövqelərini möhkəmləndirmək, istehkamlar qurmaq, silah-sursat tədarükü və digər tədbirlər görmək üçün lazımdır. O, belə qənaətə gəlib ki, Ukrayna tərəfinin yeni əməliyyat səviyyəsinə çıxması “tənzimləmə istiqamətində hərəkət deyil, əks istiqamətdədir”.publika.az