Beynəlxalq “Forex” valyuta bazarında dolların məzənnəsi ₽108-i keçib. Dollar/rubl cütlüyü (USD/RUB) noyabrın 27-də 3,04% bahalaşaraq, Moskva vaxtı ilə saat 10:42-ə ₽108,7025-ə qədər yüksəlib.
RBC qeyd edir ki, Amerika valyutasının rubla nisbətdə məzənnəsi son iki il səkkiz ayda ilk dəfə olaraq 108 ₽-dən yuxarı qalxıb.
Rusiya Mərkəzi Bankı çərşənbə günü, noyabrın 27-nə ABŞ dollarının rəsmi məzənnəsini ₽105,0604, avronu ₽110,4943, yuanın isə ₽4,4449 səviyyəsində müəyyən edib.