image-2000x150
image-vardanyannbackend

“Ruben Vardanyan həbs edilməlidir” – Arzuman Muradlı

image-728x90
“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır. Vardanyan Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyan bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı çalışmalara 4 milyon dollar xərcləyib.
“Ruben Vardanyan qanunsuz olaraq Azərbaycan ərazisində yaşayır və qeyri -qanuni yollarla öz  çirkli pullarını Xankəndinə keçirib. Vardanyan da etiraf etdiyi kimi bu günə qədər 4 milyon dollar xərcləyib. Bu pulları Vardanyan Qərbin sanksiyalarından qorumaq üçün Qarabağ ərazisinə gətirib. Bu uşdə sözsüz ki, Vardanyana Qarabağda olan Rusiya sülhməramlıları yardım edib.” – Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq,  “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Vardanyan həbs edilməlidir.
” Ruben Vardanyan yenidən hamıya mesaj verib ki, o Qarabağda müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Ancaq bu qorxu separatçılara Vardanyanı bölgəni tərkinə kifayət edəcəkmi? Ruben Vardanyan Azərbaycana əvvəlkitək təhlükə mənbəyidir. Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil. Üstəgəl Ruben Vardanyan dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər.” -deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90