image-rt-reklam
image-1backend

Rövşən Qurbanov HƏBS EDİLDİ

image-728x90

Mayın 29-da Rusiyanın Novosibirsk şəhərinin Zaeltsovski Rayon Məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Ulusal.az Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Məhkəmə Departamenti məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsinin “b” və “c” bəndləri ilə təqsirləndirilən polis polkovniki Rövşən Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatətinə baxılıb.

Qurbanov barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, o, aprelin 30-da “WhatsApp” vasitəsilə “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə əlaqə saxlayıb və ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90