Rövnəq Abdullayev və oğlu Rəşad Abdullayev Türkiyədən futbol klubu almaq eşqinə düşüb. Ulusal.az Türkiyə teleqram kanallarına istinadən xəbər verir ki, artıq bir neçə gündür ki,Rövnəq Abdullayev oğlu ilə birlikdə Türkiyədədir. 2005-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsində çalışan Rövnəq Abdullayevin futbola yad adam deyil. Abdullayev uzun illər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)-nın prezidenti olub. Onun rəhbərliyi dövründə külli-miqdarda dövlət vəsaiti mənasız futbol lahiyələrinə xərclənib. Azərbaycan millisi nəticə göstərməsə belə Rövnəq Abdullayev futbolçuları və bir çox xarici şirkətlərə yerli-yersiz pullar xərcləyib. Etiraf edək ki, Rövnəq Abdullayevin rəhbərliyi dövründə il ərzində AFFA-ya 30 milyon dollardan artıq vəsait xərclənib. Hətta bəzi idman yazarları bu vəsaitin 100 milyon dollardan artıq olduğunu iddia edir. Abdullayev futbol təsərrüfatını şəxsi biznesi kimi idarə edib. Hətta oğlunu belə Azərbaycanda klub prezidenti təyin etdirərək illik 15 milyon manat vəsait ayırmağa nail olmuşdu.
Belə ki, Abdullayev yeni klub yaradaraq oğlunu “Səbail”in təsisçisi və Müşahidə Şurasının sədri təyin etdirdi.
2017-ci llin yayında – klub I Diviziondan Premyer Liqaya yüksələn kimi,Rəşad Abdullayev klubdan ayrıldığını açıqladı.
Türkiyə mediası iddia edir ki, Abdullayevlər indi də Türkiyənin “Antalyaspor” klubunu almaq üçün danışıqlara başlayıblar. Media iddia edir ki, Abdullayevlər klubun Başkanı Aziz Çetinlə də görüşüb. Abdullayevlər dəyəri 105 milyon dollar dəyərləndirilən “Antalyaspor” klubunu almaqda israrlı görünürlər. Türkiyə mediası iddia edir ki, klubun çoxsaylı stadionu, klub ətrafında satış mərkəzləri, restoranları var. Türkiyədə böyük sərvətə sahib olan Abdullayevlər bu klubu da almaq sərvətlərinə sərvət qatmaq istəyirlər. Xatırladaq ki, Rəşad Abdullayev gecə həyatını maraqlı bir şəxsdir. Onun İstanbulda və Antalyada bir neçə gecə klubu olduğu iddia edilir.
Yayılan xəbərə görə Rəşad Abdullayev “Antalyaspor” klubunu almaqla bərabər klubun 5 ulduzlu otelinə də sahib olmaq istəyir. Türkiyə mediası isə iddia edir ki, “Antalyaspor” klubunun Başkanı Aziz Çetin bu oteli satmayacaqlarını açıqlamasından sonra danışıqlar dayanıb. Ancaq media iddia edir ki. yaxın günlərdə “Antalyaspor” klubu Rəşad Abdullayevin himayəsinə keçəcək.