image-2000x150
image-1backend

Rövnəq Abdullayevdən şok addım: Hər futbolçuya 50 min dollar verdi

image-728x90

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İsveçlə görüşdə qazanılan 3:0 hesablı qələbəyə görə milli komandanın üzvlərinə mükafat təyin edilib.

Ulusal.az-ın əldə etdiyi məlumata görə, oyun bitdikdən sonra futbolçuları təbrik edən AFFA prezidenti Rövnəq Abdullayev qalibiyyətə görə əsas heyətdə yer alan hər bir futbolçuya 50 min dollar mükafat təyin edib.

Sonradan meydana çıxanlar 30, ehtiyatda qalanlar isə 20 min dollar alacaqlar.

Qeyd edək ki, formal görüşdə qazanılan qələbənin heç bir əhəmiyyəti yoxdur. Yığma qələbə sayəsində sadəcə qrupda 4-cü sıranı təmin edib.

Görünən odur ki, AFFA prezidenti dövlətin ayırdığı milyonlarla manat vəsaiti öz bildiyi kimi sağa-sola dağıtmaqla məşğuldur. Biz demirik ki, futbolçular mükafatlandırlmasın. Əlbəttə qələbə qazanan milli üzvləri mükafatlandırılmalıdır. Ancaq bir əhəmiyyətsiz oyun üçün hər futbolçuya 50 min dollar vermək dövlət vəsaitini dağıtmaqdır. 50 min dollar bir evin puludur. Bu gün dövlət büdcəsindən ayrılan pulu öz pulu kimi dağıtmaq vətənə xəyanətdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90