“Barselona” və “Real Madrid”in əfsanələri arasında “El Klasiko” keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Qətərdə baş tutub.
“Barselona”nın heyətində argentinalı Xuan Pablo Sorin hesabı açıb. Matçın 16-cı dəqiqəsində braziliyalı ulduz Ronaldinyo cərimə zərbəsindən möhtəşəm qola imza atıb.
Madridlilərin qollarını isə portuqaliyalı Luiş Fiqu və kolumbiyalı Edvin Konqo vurublar. Əsas vaxt 2:2 hesabı ilə bitib.
80 dəqiqə davam edən oyunda penaltilər seriyasında kataloniyalılar rəqibləri üzərində üstünlük əldə ediblər.
Beləliklə oyun 4:2 “Barselona”nın qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar gələn ay Tokioda yenidən qarşılaşacaqlar. Xavi və İnyestanın da həmin matç üçün “Barselona”nın heyətində yer alması gözlənilir.