image-2000x150
image-logo-esasbackend

Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur 

image-728x90

DÜNYA IB Məktəbinin şagirdləri 3 qızıl və 1 gümüş medal qazandılar!

19 Aprel 2024-cü il tarixində “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirildi.

“Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə  ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.

Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilirlər:

– Riyaziyyat;
– fizika, astronomiya;
– kimya;
– biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya);
– tibb və sağlamlıq;
– ekologiya, ətraf mühitin idarə olunması;
– mühəndislik;
– kompüter elmləri.

DÜNYA IB Məktəbinin şagirdləri ənənəvi olaraq hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən *üçündə birinci yer* və *birində ikinci yeri* tutublar.
1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal
2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal.
3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal
4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.

image-img-20240420-wa0001 image-img-20240420-wa0000

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90