image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Rəsmi Tehran bütün körpüləri yandırıb”- Arzuman Muradlı

image-728x90

“İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi heç bir siyasi və diplomatik etikaya sığmır. Son vaxtlar İrandakı fars molla rejiminin ölkəmizə qarşı təxribatçı və düşmənçilik hərəkətlərinin davamlı şəkil alması qonşuluq münasibətlərini heçə endirir. Rəsmi Tehran bu siyasəti ilə bütün köpüləri yandırıb” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib..

Politoloq hesab edir ki, İran öz çirkin siyasətindən əl çəkməli, qonşuluq prinsiplərinə əməl etməlidir.

“Tehrandakı səfirliyimizə xain hücum, İran rəsmilərininin söylədiyi hədyanlar, İranın Ermənistanla münaqişənin həllində, xüsusi ilə Zəngəzur dəhlizi barəsində tutduğu destruktiv mövqe onu göstərir ki, bu dövlətin başında dayanan şovinist fars-molla rejimi xain və çirkin əməllərindən əl çəkmək niyyətində deyil. İran rejiminin bu mövqeyi bizi dövlətlərarası münasibətlərimizə yenidən baxmağa məcbur edir. Görəsən, İran siyasiləri fərqindədilərmi ki, ətraflarındakı heç bir müsəlman dövlətləri ilə dostluq münasibətləri yoxdur. Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. ”. – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90