“Ermənistan şantajla məşğuldur. Artıq rəsmi İrəvan beynəlxalq təşkilatları da şantaj edir” –Ulusal.az-a açıqlamasında bunu politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi danışıqlardan yayınmaq üçün bütün vasitələrdən istifadə edir.
“Ermənistan həm sülh danışıqlarında istirak üçün vasitəçilər axtarır, həm də bir tərəfdən Azərbaycandan BMT-yə şikayət edir. Bu onu götstərir ki, rəsmi İrəvan danışıqlardan vaxt udmaq üçün istifadə edir. Ermənistan Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirəsində israrlıdır, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırıb. Keçmiş illərdə biz işğalçı Ermənistandan BMT-yə şikayət edərdik, bu təşkilat hər dəfə “mənlik deyil” deyib topu ATƏT-ə atardı, o da ki mənasız danışıqlar aparardı. İkinci Qarabağ müharibəsindən sonra rollar dəyişib, hazırda müharibədə məğlub olmuş Ermənistan Azərbaycandan şikayət etməklə məşğuldur. Aydındır ki, Ermənistan ordusunun Azərbaycana hücum edəcəyi halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə əzələ nümayişi həyata keçirdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq. Bu sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas Qarabağın tamamını nəzarətə almağımızdır.”- deyə Arzuman Muradlı bildirib.