Rusiyaya qarşı təzyiqin olduğu situasiyada rəsmi Bakı tələsir.
Ulusal.az xəbər verir ki, bunu “Hraparaq” nəşrinə məşhur erməni politoloq Aleksandr İsgəndəryan deyib.
“Ukrayna müharibəsi Azərbaycan-Ermənistan konfliktinə çox ciddi təsir edir. Düşünmürəm ki, yaxın zamanlarda İrəvan və Bakı arasında hansısa sənəd imzalansın. Hətta imzalansa belə, bunun mənası olmayacaq. ABŞ-a çərçivə sazişi yox, çərçivə sazişi haqqında müqavilə lazım idi” – o bildirib.
İsgəndəryan Ermənistanın sövdələşməyə gedəcək heç nəyinin qalmadığını söyləyib. Bununla belə o, eskalasiyanın davam edəcəyini vurğulayıb:
“Düşünmürəm ki, 2020-ci ildə olan əsl müharibə indi mümkün olsun”.