image-2000x150
image-1backend

Rəşid Behbudovun Sibirə sürgün edilmiş DAYISI

image-728x90

Görkəmli müğənni Rəşid Behbudovun həyatı, ailəsi, yaxınları barədə məlumatlar həmişə ictimai maraq doğurub.

Ulusal.az saytı Rəşid Behbudovun dayısı Lütfəli bəy Vəkilov barədə məlumatı diqqətə çatdırır.  Məlumatı Rəşid Behbudov Fondu təqdim edib.

Bəy nəslindən olan Lütfəli Vəkilov 1890-cı ildə anadan olub. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yaradılmasında xidmətlər göstərib, kicik zabitlərin yetişdirilməsi ilə məşğul olub.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra bu işğala qarşı mübarizə aparmaq məqsədi ilə Azərbaycan Milli Mərkəzi yaradılır. Tarixdə bu Mərkəz “53-lər” adı ilə tanınır. Lütfəli bəy də bu Mərkəzin üzvlərindən biri olur.
1931-ci ildə Lütfəli bəy həbs edilərək Sibirə sürgün edilir. Ona 5 il həbs cəzası kəsmişdilər.

Bəzi məlumatlara görə, Lütfəli bəy Vəkilov 1937-38-ci illərdə yenidən həbs edilərək Bakıda güllələnib.

Digər məlumata görə, o, Sibirdəki həbs müddəti başa çatdıqdan sonra bir müddət Moskvada yaşayıb və orda da müəmmalı şəkildə dünyasını dəyişib…

Qeyd edək ki, Rəşid Behbudovun anası Firuzə xanımın iki qardaşı, bir bacısı olub: Gəray bəy, Lütfəli bəy, Sürəyya xanım.

Onlar Qazaxın Salahlı kəndindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun övladlarıdır.

Rəşid Behbudovun anası Firuzə xanım Vəkilova 1933-cü ildə vəfat edib.


Bu şəkil 1907-1908-ci illərdə Tiflisdə çəkilib. Rəşid Behbudovun anası, dövrünün tanınmış maarifçisi, Tiflis Müsəlman Qadınlar Klubunun sədri, pedaqoq Firuzə xanım Vəkilova və qardaşı Lürfəli bəy Vəkilov.modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90