SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev həbs edilə bilər. Ulusal.az xəbər verir ki, Britaniyanın “Evening Standard” qəzeti iddia edir ki, Rəşad Abdullayev 2022-ci ildə 11 milyon funt-sterlinqi Britaniya ərazisinə qeyri-qanuni yollarla gətirib. Qəzet iddia edir ki, Azərbaybaycan Dövlət Neft Şirkəti SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlu 20 milyon dollara Londonda mənizl alıb. “Evening Standard” qəzeti yazır ki,Rəşad Abdullayev 2023-cü ilin 3 ayını Londonda olub. O Qətərli iş adamı Sami Muhamedlə Londonda yeni biznes şəbəkəsinin qurulması ilə bağlı razılığa gəlib. Londonda ən elit məhəllələrin birində Rəşad Abullayev Sami Muhamedlə birlikdə gecə klubu açmaq niyyətindədir. Qəzet yazır ki, bu lahiyənin 15 milyon dollar dəyəri var və bu Londonun, eləcə də Avropanın ən dəbdəbəli gecə klubu olacaq.
Qəzet yazır ki, bundan əlavə Rəşad Abdullayevin aldığı 20 milyon dollara aldığı mülk Londonun prestijli Grosvenor Square ünvanında yerləşir.
Nəşr yazır ki, bu dəbdəbəli mənzil Görnsi adasında qeydiyyatdan keçmiş ofşor şirkəti vasitəsilə alınıb.
Bu da qeyd olunur ki, sözü gedən mənzil uzun illər SOCAR-ın prezidenti olmuş Rövqnəq Abdullayevin ailə üzvlərinə xarici ölkədə aid olduğu aşkar olunan ilk daşınmaz əmlakdır.
Qəzet yazır ki, Rəşad Abdullayev ilin sonuna qədər aldığı əmlakların dəyərini göstərən pulun mənbəyini göstərməsə həbs edilə bilər. Britaniyada ötən il qəbul edilmiş İqtisadi Cinayət (Şəffaflıq və Qanunçuluq) haqqında qanun (Economic Crime (Transparency and Enforcement) Act) bütün ofşor vahidlərdən malik olduqları mülkiyyətin mənfəətdar sahiblərinin kimliyinin 2023-cü il, yanvarın sonunadək açıqlanmasını tələb edir.
Lakin Rəşad Abdullayev keçən 9 ay ərzində bu hesabatları təqdim etməyib. “Evening Standard” qəzeti yazır ki, bu hesabatlar təqdim edilməsə onun əmlaklarına həbs qoyulması qaçılmaz olacaq.
Qəzetin yazdığına görə Rəşad Abdullayevin ümumilikdə təkcə Londonda 35 milyon funt-sterlinqi dəyəri olan daşınmaz əmlakı var.