Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun yeni klubu müəyyənləşmək üzrədir.
Ulusal.az xəbər verir ki, 25 yaşlı forvard Polşanın “Radomyak Radom” klubu ilə anlaşıb. Futbolçu hətta müqavilə imzalamaq üçün Polşaya gəlib. O, komandanın “Legiya” ilə matçını izləyib. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Tərəflər danışıqların son mərhələsindədir. Son detallar müzakirə olunduqdan sonra tərəflər müqaviləyə imza atacaq.
“Radomyak”ın yeni baş məşqçisi Joao Enrikes transferi təsdiqləyib və Renatı yaxşı tanıdığını bildirib:
“Tanıdığım oyunçudur. O, əlbəttə ki, bizə başqa variant və komandada yeni xüsusiyyət verə bilər. İnanıram ki, Renat “Radomyak”a kömək edə bilər. O, Perotti və ya Tapsoba ilə müqayisədə fərqli oyunçudur”.
Qeyd edək ki, Renat Dadaşov son olaraq “Ankaragücü”də çıxış edib. Lakin legioner limitinə görə heyətə düşə bilmədiyi üçün onunla müqaviləyə xitam verilib.publika.az