image-rt-reklam
image-1backend

Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA

image-728x90

Azərbaycanda reklam bazarı iqtisadi inkişafla paralel şəkildə genişlənməkdədir. Bu sahədə hüquqi baza formalaşsa da, vəsaitlərin yönləndirilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.

Reklam gəlirlərindən mədəniyyət və incəsənət sahələrinin nə dərəcədə faydalandığı isə müzakirə mövzusudur.

Görəsən, bu vəsaitlər cəmiyyətin strateji ehtiyaclarına uyğun bölüşdürülürmü?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan tanınmış memar Cahid Həsənov bildirib ki, Azərbaycanda iqtisadi inkişaf baxımından reklam sahəsinin inkişafı üçün bütün mümbit şərait mövcuddur:

“Reklam haqqında qanunun hazırlanmasında o dövrdə mən də müəlliflərdən biri olmuşam. Sonrakı mərhələlərdə edilən dəyişikliklər zamanı da biz çalışdıq ki, bu sahədə tam və sistemli şərait yaradılsın. Hazırda Azərbaycan reklam bazarında 70 milyon manatdan artıq vəsait dövr edir. Bu məlumatı sizə eksklüziv olaraq açıqlayıram.

Bu vəsaitin ən azı 10 faizi – yəni təxminən 7 milyon manatı – il ərzində mədəniyyət sahəsinə yönəldilməlidir. Bunun da bir hissəsi, o cümlədən, kino sahəsinə, milli kinonun inkişafına, aktyorların reklamlara cəlb olunmasına sərf edilməlidir. Təəssüf ki, hazırda bütün brend firmalar reklam büdcələrini qeyri-peşəkar, reklamdan anlayışı olmayan, “reklamçı” və ya “marketoloq” adı ilə təqdim olunan şəxslər vasitəsilə müxtəlif tədbirlərə və öz maraqlarına uyğun verilişlərə yönəldirlər”.

Cahid Həsənovun fikrincə reyting adı altında, sosial reklamdan əsər ələmət yoxdur:

“Kinomuzun inkişafında reklam gəlirləri vasitəsilə kino aktyorlarını elə dəstəkləmək olar ki, bu sahədə əsaslı dönüş yaransın. Təəssüf ki, bu gün aktyorlarımızdan biri corab sataraq reklam edir, digəri isə dərman pulu tapa bilmədiyini deyir. Axı dövlət bu dərman pulunu niyə verməlidir? Avropada və digər ölkələrdə bu cür ehtiyaclar reklamdan gələn gəlirlər hesabına qarşılanır. Təəssüf ki, bizdə bu sahəyə ciddi nəzarət yoxdur, hər şey başlı-başına buraxılıb.

Yazan yoxdur, açıq deyim. Belə bir vəziyyətdə bu sahənin – yalnız kino yox, idman da daxil olmaqla – maddi təminatı təmin oluna bilməz. Sadəcə istiqamətverici, “dirijor” funksiyasını yerinə yetirən bir qurum yoxdur. Reklam sahəsində çalışanlar da bu funksiyanı icra etmirlər. Bu haqda yazan ixtisaslaşmış sayt da yoxdur. Digər saytlar da bu mövzuya qoşulmur və bu da problemin böyüməsinə səbəb olur.

Mən istəyərdim ki, bu sahədə ümumiyyətlə, hesabatlılıq sistemi olsun. Amma nə hesabat verən qurum var, nə də hesabat alan. Kino sahəsində hər kəs sadəcə bir-birini təbrik edir. Premyeralar keçirilir, rejissorlar təbrik olunur, amma bir nəfər belə çıxıb yazmır ki, qardaş, əgər bu 70 milyon manatlıq reklam bazarının cəmi 10 faizi mədəniyyətə və kinoya yönəlsəydi, bu ildə 7 milyon manat edərdi. 10 ilə bu, 70 milyon manat deməkdir.

Bu 70 milyonla kim bilir neçə-neçə aktyorun maddi rifahını yaxşılaşdırmaq, kinoya yeni nəfəs gətirmək olardı”.

Cahid Həsənov onu da vurğulayıb ki, 70 milyon manatlıq reklam büdcəsi ilə təkcə 70 yox, 7000 aktyorun maddi rifahını yaxşılaşdırmaq olardı:

“Amma hazırda reklamverici şirkətlər hara yönəlib? Sırf primitiv tədbirlərə, dost-tanışın verilişlərinə, yaxın müğənnilərin tanınması və inkişafı üçün sponsorluğa. Ölkəmizdən çıxan, bazarda öz cibimizdən verdiyimiz pullar mədəniyyətə xidmət etmək əvəzinə, gör haralara gedir.

Reklamın bu sahədə artıq “evi yıxılıb”. Gedirlər, animasiya reklamları çəkdirirlər. 300-500 manata hazırlanmış bu animasiyaları böyük brend şirkətlər təqdim edir, amma nəticədə milyonları bizim cibimizdən qazanırlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90