image-rt-reklam
image-1backend

Rəisinin helikopteri necə qəzaya uğrayıb? – Mütəxəssis

image-728x90

Əgər helikopter uçuş zamanı ciddi texniki problemlə üzləşirsə, pilotun birinci vəzifəsi təyyarəni idarə etməkdir, rabitə yaratmaq isə ikinci plana keçir.

Ulusal.az xəbər verir ki, bu barədə amerikalı aviasiya mütəxəssisi Kayl Beyli “Əl Cəzirə” telekanalına açıqlamasında deyib.

O bildirib ki, görüntülərdə helikopterin iki hissəyə parçalandığı əks olunub:

“Biz qəza zamanı helikopterdən hər hansı bir təcili əlaqə yaradılmasını görmədik. Çünki pilot çox ehtimal ki, helikopteri endirməyə və ya onu havada saxlamağa fokuslanıb. Böyük ehtimalla helikopterin quyruq rotoru kəsilib, bu da əsas rotor qanadının quyruğa dəyməsinin nəticəsində baş verə bilər. Belə aydın olur ki, pilot helikopteri endirmək üçün manevr edərkən texniki problemlər yaranıb. Helikopterin saat əqrəbinin əksinə fırlandığını nəzərə alsaq, quyruq rotorunun sıradan çıxdığı qənaətinə gələ bilərik”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90