Rusiyanın ermənipərəst “Regnum“ xəbər agentliyinə yeni baş redaktor təyin olunub.
Rusiyanın tanınmış jurnalisti və hüquq müdafiəçisi Marina Əhmədova “Regnum“ xəbər agentliyinin baş redaktoru təyin edilib.
Ulusal.az saytı xəbər verir ki, Marina Əhmədova Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvüdür. Əvvəllər o, “Russian reportyor” jurnalının baş redaktor müavini, “Ekspert” jurnalının köşə yazarı olub.
Sosial şəbəkələrdə Marina Əhmədovanın əslən azərbaycanlı olması haqqında məlumat yayılıb.
. Amma Əhmədova Azərbaycanlı deyil, Rusiyanın Tomski şəhərində doğulsada kökəncə Dağıstanlıdır.






















